2025-ci ildə e-Ticarətə başlamaq üçün nələrə ehtiyac var?
2025-ci il rəqəmsal ticarətin ən parlaq dövrlərindən biri kimi tarixə düşür. İnflyasiya, işsizlik, ofisdən azad işləmə tendensiyası — bütün bunlar insanları internetdən gəlir əldə etməyə sövq edir. Bəs bu sahəyə başlamaq üçün nədən başlamaq lazımdır?
1. Doğru platformanı seçmək
Əvvəlcə hansı platformada satış edəcəyinizi müəyyənləşdirməlisiniz. Ən populyar seçimlər:
eBay Dropshipping (xüsusilə yeni başlayanlar üçün)
Amazon FBA
Shopify (öz mağazanız)
Etsy (əl işi və ya unikal məhsullar üçün)
2. Məhsul tədarükçüsü tapmaq
Əgər dropshipping edəcəksinizsə, etibarlı tədarükçülərlə işləmək çox vacibdir. Aliexpress, CJ Dropshipping, Spocket və ya özəl təchizatçılarla əməkdaşlıq edə bilərsiniz.
3. Rəqabət araşdırması
Məhsul seçdinizsə, onun bazarda nə qədər rəqabətə məruz qaldığını, hansı qiymətlərlə satıldığını analiz edin. Bunun üçün Terapeak, Google Trends, Zik Analytics kimi alətlərdən istifadə edə bilərsiniz.
4. Satış kanallarını qurmaq
Satış yalnız məhsul yerləşdirməklə olmur. Uğurlu satış üçün aşağıdakılar vacibdir:
Peşəkar məhsul təsvirləri və şəkilləri
SEO optimizasiyalı başlıqlar
Ağıllı qiymət strategiyası
Rəy və reytinq strategiyası
Vergi öhdəlikləri
Şirkət qeydiyyatı (ABŞ LLC və ya fərdi sahibkarlıq)
PayPal, Wise, Stripe kimi ödəniş sistemləri
Sonda nə etməli?
E-ticarət sizdən böyük sərmayə yox, doğru istiqamət və səbr tələb edir. Əgər haradan başlayacağınızı bilmirsinizsə və ya texniki tərəfləri öyrənmək istəyirsinizsə, Devcommerce-in Dropshipping kursları sizə yol göstərə bilər.
📩 Ətraflı məlumat üçün bizə yazın!