Azərbaycanda eBay Satıcı Hesabı Necə Açılır?
Dropshipping ilə Onlayn Pul Qazanmaq

Giriş
eBay hesabı necə açılır və Azərbaycanda dropshipping ilə necə onlayn gəlir əldə etmək olar? Bu məqalədə bu suallara aydın cavab veririk. E-ticarət dünyasında populyarlıq qazanan dropshipping modeli ilə siz də evinizdən çıxmadan pul qazanmağa başlaya bilərsiniz.
Dropshipping Nədir?
Dropshipping — məhsulları özünüz stokda saxlamadan, bir təchizatçıdan alaraq digər bir platformada üzərinə qazanc qoyub satmaq metodudur. Yəni siz sadəcə vasitəçisiniz. Ən çox istifadə olunan saytlar:
-
eBay
-
Amazon
-
Etsy
Bu yazıda isə fokusumuz eBay platforması üzərində olacaq.
eBay Hesabı Necə Açılır?
Şəxsi Hesab Açmaq
-
eBay saytına daxil olun.
-
Sol yuxarı küncdəki “Register” düyməsinə klikləyin.
-
Personal Account seçin.
-
Ad, soyad, email və şifrə daxil edin.
-
Alternativ olaraq Google, Facebook və Apple hesabları ilə qeydiyyatdan keçə bilərsiniz.
Biznes Hesabı Açmaq
Əgər şirkət adına satış edəcəksinizsə:
-
“Business Account” seçin.
-
Şirkət adı, email, şifrə və ölkə seçimini edin.
-
Azərbaycanda qeydiyyatlı şirkətiniz varsa, bu məlumatları düzgün daxil edin.
-
“Create Business Account” düyməsi ilə hesabı yaradın.
eBay Hesabını Aktivləşdirmək və Bank Əlavə Etmək
-
Qeydiyyatdan sonra e-poçtunuza gələn linki təsdiqləyin.
-
eBay hesabınızı Payoneer ilə əlaqələndirin.
-
Payoneer vasitəsilə pul çıxarışları 1-3 iş günü içində bank hesabınıza keçəcək.
-
Kart əlavə etsəniz, 30 dəqiqəyə vəsait karta oturur (komissiya tutulur).
Məhsul Tapmaq və Satışa Başlamaq
Haradan məhsul tapmaq olar?
Ən məşhur platforma AliExpress-dir. Buradan məhsulları tapıb, eBay-da satışa çıxara bilərsiniz.
Nəzərə alın: Brend (markalı) məhsullardan uzaq durun! Çünki bu məhsullar müəllif hüquqları səbəbilə hesabınızın bağlanmasına səbəb ola bilər.
Sadə və marka olmayan məhsullara fokuslanın.
Məhsul Necə Yüklənir?
-
Başlanğıcda gündəlik 2-3 məhsul yükləmək məsləhətdir.
-
Məhsulların başlığını, şəkillərini və təsvirlərini düzgün yazın.
-
Tələsməyin, davamlılıq uğurun açarıdır.
Real Nümunə ilə Gəlir Hesabı
Misal: Qırmızı bilərzik
| Mənbə | Qiymət |
|---|---|
| AliExpress (100 ədəd) | $9.00 |
| eBay satış qiyməti (100 ədəd) | $24.60 |
| Qazanc (təxminən) | $5–7 (karqo və komissiyalar çıxdıqdan sonra) |
Bu fərqi Salecalc kimi saytlarla əvvəlcədən hesablamaq mümkündür.
Satış Qiymətini Necə Hesablayım?
-
Salecalc saytına daxil olun.
-
Platforma olaraq eBay seçin.
-
Məhsulun xərclərini, vergi ehtimalını və istədiyiniz gəliri daxil edin.
-
Sayt sizə ideal satış qiymətini göstərəcək.
Dropshipping İlə Gündəlik Gəlir Potensialı
Əgər gündəlik:
-
5 məhsul satsanız – 5 x $3 = $15
-
10 məhsul satsanız – 10 x $5 = $50
Aylıq bu, minlərlə manata çevrilə bilər. Amma diqqət: düzgün strategiya, məhsul seçimi və səbir vacibdir.
Nəticə
eBay dropshipping — Azərbaycanda da etibarlı şəkildə həyata keçirilə bilən onlayn biznes modelidir. Bu sahədə uğur qazanmaq üçün düzgün yanaşma, davamlılıq və əsaslı biliklər vacibdir.
🚀 Onlayn Gəlir Qazanmaq İstəyirsənsə, Devcommerce-də Kurslara Qoşul!
Əgər sən də:
-
eBay dropshipping ilə sıfırdan başlamaq istəyirsənsə,
-
Real nümunələrlə praktiki öyrənmək istəyirsənsə,
-
Müəllim dəstəyi və komanda mühiti ilə işləmək istəyirsənsə…
O zaman Devcommerce tərəfindən təqdim olunan “eBay Dropshipping Kursuna” qoşul və öz onlayn biznesini qurmağa başla!
📌 Bizimlə əlaqə saxla və kursa yazıl!
Yer sayı məhduddur – indi başlayaraq rəqiblərindən öndə ol!
DevCommerce ilə növbəti addımı atın
Bu məqalədə oxuduqlarınızı real biznesə çevirmək istəyirsiniz? DevCommerce Azərbaycanda e-commerce təlimləri üzrə aparıcı akademiyadır. 8 praktik kursumuz Shopify, Amazon FBA, eBay və Google Ads platformalarında sıfırdan gəlir gətirən biznes qurmağı öyrədir.
Bizimlə nə əldə edirsiniz:
- Real təcrübəyə əsaslanan video dərslər (177 modul)
- 6 ay mentor dəstəyi və canlı Q&A sessiyaları
- Tələbə icmasına çıxış və networking imkanları
- Bitirdikdə rəsmi DevCommerce sertifikatı
- Hissə-hissə ödəniş imkanı (3, 6, 12 ay)
Suallarınız varmı? Bizimlə əlaqə saxlayın: +994 99 938 01 01 (WhatsApp), devcommercehelp@gmail.com və ya ofisimizdə görüşək — Bakı, Cəfər Cabbarlı küçəsi, Caspian Business Center, mərtəbə 11.
Digər Bloqlar

eBay Dropshipping Nədir? Necə Başlamaq Olar? 2025 Bələdçisi
eBay dropshipping ilə evdən gəlir əldə edin! 2025-ci il üçün tam bələdçi: necə başlamaq olar, hansı mərhələlər var və nə etməlisiniz? eBay Dropshipping Nədir və Biznesə Necə Başlamaq Olar? Rəqəmsal dövrün gətirdiyi imkanlar arasında dropshipping modeli son illərdə xüsusilə diqqət çəkən biznes növlər

eBay Platformasında Düzgün Məhsul Analizi Necə Aparılır?
🛒 eBay Platformasında Düzgün Məhsul Analizi Necə Aparılır? eBay, milyonlarla aktiv alıcısı ilə onlayn ticarət dünyasının nəhəng platformalarından biridir. Lakin bu bazarda uğur qazanmaq üçün yalnız məhsul yerləşdirmək kifayət deyil. Satış etməzdən əvvəl düzgün məhsul analizi aparmaq mütləqdir. Bu ya

eBay Dropshippingə Necə Başlamaq Olar?
eBay Dropshippingə Necə Başlamaq Olar? eBay, dünya miqyasında milyonlarla istifadəçiyə sahib olan bir online ticarət platformasıdır və dropshipping işinə başlamaq üçün çox ideal bir yerdir. Dropshipping modeli ilə eBay-də satış etmək, minimal ilkin sərmayə ilə öz biznesinizi qurmağınıza imkan verir.