İstifadəçi Müqaviləsi və Şərtlər
Bu müqavilə Devcommerce.net platformasının istifadəsi ilə bağlı qaydaları, hüquqları və məsuliyyətləri müəyyən edir.
Saytda və ya platformada qeydiyyatdan keçərək siz (“İstifadəçi”) bu müqavilənin bütün şərtlərini tam şəkildə qəbul etmiş olursunuz.
1. Ümumi müddəalar
- Devcommerce.net saytı Devcommerce (“Şirkət”) məxsusdur.
- İstifadəçi sayta daxil olaraq və ya qeydiyyatdan keçərək bu qaydaları oxuduğunu, başa düşdüyünü və qəbul etdiyini təsdiqləyir.
- Şirkət bu müqaviləyə istənilən vaxt dəyişikliklər edə bilər. Dəyişikliklər saytda dərc edildiyi andan qüvvəyə minir.
- Sayt yalnız 15 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
2. Qeydiyyat və hesab məlumatları
- Qeydiyyat zamanı daxil edilən bütün məlumatlar düzgün, tam və aktual olmalıdır.
- Hesab yalnız təlimi alan şəxsə məxsusdur və üçüncü şəxslərlə paylaşılması qadağandır.
- Hesab məlumatlarının (istifadəçi adı, şifrə, e-poçt və s.) təhlükəsizliyinə istifadəçi cavabdehdir.
- Devcommerce komandası heç vaxt sizdən parol istəmir.
- Eyni anda yalnız 2 cihazdan sistemə giriş icazəlidir. Fərqli cihazlardan eyni vaxtda daxil olmağa icazə verilmir.
- Bloklanmış şəxsin adına yenidən hesab açmaq qadağandır.
- Əgər istifadəçi özü də bu sahə üzrə müəllim, mentor və ya oxşar tədris fəaliyyəti ilə məşğul olmağa başlayarsa, onun Devcommerce-də aldığı təlimlər deaktiv edilir və platformaya çıxışı məhdudlaşdırılır.
3. Müəllif hüquqları və məzmunun qorunması
- Devcommerce təlimləri, videoları, mətnləri, vizual materialları və digər resurslar müəllif hüquqları ilə qorunur.
- İstifadəçi bu materialları paylaşa, satmağa cəhd edə, yenidən yayımlaya və ya başqa platformalara yükləyə bilməz.
- Təlimlərin ekran qeydi, səs yazısı və ya ekran görüntüsünü paylaşmaq qəti qadağandır.
- Bu materiallar yalnız şəxsi təhsil məqsədilə istifadə edilə bilər.
- Məzmunun icazəsiz paylaşılması Azərbaycan Respublikasının müəllif hüquqları haqqında qanunvericiliyinin pozulması sayılır və hüquqi məsuliyyət yaradır.
- Belə hallar aşkarlanarsa, Devcommerce istifadəçi məlumatlarını hüquq-mühafizə orqanlarına təqdim etmək və hesabı daimi bloklamaq hüququna malikdir.
4. İstifadəçinin öhdəlikləri
- Platformadan yalnız qanuni məqsədlərlə istifadə edilməlidir.
- Texniki müdaxilə, sistemin təhlükəsizliyini keçmək, VPN və ya emulator vasitəsilə giriş qadağandır.
- Digər istifadəçilərin hesablarını ələ keçirməyə və ya məlumatlarını toplamağa cəhd etmək qadağandır.
- Təhqir, böhtan, saxta məlumat yaymaq və şirkətin nüfuzuna xələl gətirən davranışlar qadağandır.
- Ödənişli təlim və kursların geri qaytarılması mümkün deyil.
- İstifadəçi, kurs zamanı paylaşdığı məlumatların Devcommerce tərəfindən reklam və tanıtım məqsədilə istifadəsinə razılıq verir.
5. Qadağan olunmuş hallar
- Kursların paylaşılması, ekran qeydi, yayımı və ya satışa çıxarılması.
- Hesabın başqası ilə paylaşılması və ya birgə istifadəsi.
- Sistemə eyni anda fərqli cihazlardan daxil olmaq.
- VPN, emulator və digər vasitələrlə sistemin təhlükəsizliyini keçmək.
- Şirkət və ya təlimçilərin nüfuzuna xələl gətirən hərəkətlər.
- Saxta ödəniş və ya ödəniş sistemində manipulyasiya.
- Platformadan kommersiya məqsədilə istifadəyə cəhd.
6. Hüquqi məsuliyyət və nəticələr
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəlliflik hüquqlarının pozulmasına görə inzibati, mülki və cinayət məsuliyyəti nəzərdə tutulur:
- İnzibati məsuliyyət (İXM Maddə 185): müəlliflik və əlaqəli hüquqların pozulmasına görə cərimələr, pirat nüsxələrin və pozuntu vasitələrinin müsadirəsi və digər inzibati tədbirlər tətbiq oluna bilər.
- Mülki məsuliyyət: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna uyğun olaraq dəymiş maddi və mənəvi zərərin ödənilməsi, habelə pozuntu nəticəsində əldə olunan gəlirin tutulması tələb edilə bilər.
- Cinayət məsuliyyəti (CM Maddə 165): külli miqdarda zərər vurmaqla, yaxud gəlir əldə etmək məqsədilə müəlliflik və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə hallarında cinayət məsuliyyəti yaranır.
Bu hallar aşkar edilərsə, hesabınız dərhal bloklana və kurslara çıxışınız ləğv oluna bilər; Devcommerce zərərin ödənilməsi və hüquqi tədbirlər üçün müvafiq orqanlara müraciət etmək hüququnu saxlayır.
7. Geri qaytarma və ödəniş qaydaları
- Devcommerce təlimləri rəqəmsal məhsul hesab olunur və ödəniş tamamlandıqdan sonra geri qaytarma mümkün deyil.
- Ödəniş sistemləri üzərindən yaranan texniki gecikmələrə görə Devcommerce məsuliyyət daşımır.
- İstifadəçi ödəniş etməzdən əvvəl məhsul haqqında məlumatı diqqətlə oxumağa borcludur.
8. Məlumatların qorunması və məxfilik
- İstifadəçi məlumatları yalnız Devcommerce-in daxili sistemində saxlanılır və üçüncü tərəflərlə paylaşılmır (qanuni tələblər istisna olmaqla).
- Devcommerce məlumatların məxfiliyini qorumaq üçün texniki və hüquqi tədbirlər görür.
- Təhlükəsizlik pozuntusu halında istifadəçi dərhal Devcommerce komandasını məlumatlandırmalıdır.
9. Mübahisələrin həlli
- Mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilir.
- Razılıq əldə olunmadıqda, məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Bakı şəhər məhkəmələrində həll edilir.
10. Qəbul
Saytda qeydiyyatdan keçməklə siz bu müqavilənin bütün şərtlərini oxuyub qəbul etdiyinizi,
qaydaların pozulması halında hesabın ləğvinə və hüquqi tədbirlərə razı olduğunuzu təsdiqləyirsiniz.