Tez-tez verilən suallar

Bəli, şirkətlər üçün xüsusi paketlər təklif edirik: e-commerce komandasını birgə öyrətmə, fərdi mentor, in-house seminarlar. Korporativ paketlər üçün support@devcommerce.net ünvanı ilə əlaqə saxlayın.

Yeni başlayanlar üçün hər iki platformanın öz üstünlükləri var. Shopify mağazasını sıfırdan qurmaq və brendi formalaşdırmaq üçün daha yaxşıdır, Amazon isə hazır trafikə birdən-birə çıxış verir. Sıfır brendiniz varsa Amazon FBA daha sürətli, brend qurmaq istəyirsinizsə Shopify daha uyğundur.

Bəli. Amazon hər satışdan komissiya tutur — kateqoriyaya görə adətən 8-15% arasındadır. FBA istifadə edirsinizsə, bunlara əlavə olaraq anbar saxlama və yerinə yetirmə haqları əlavə olunur.

Shopify brend qurmaq üçün ən yaxşı seçimdir, çünki vebsaytı, dizayny və müştəri münasibətlərini siz idarə edirsiniz. Amazon brend imkanlarını məhdudlaşdırır, çünki marketplace identifikasiyasını fərdi mağazalardan üstün tutur.

Bəli, çox satıcı multi-channel strategiyası ilə işləyir: Shopify-də öz brend mağazasını saxlayır, eyni zamanda Amazon-a məhsul göndərir. Bu yanaşma riski azaldır və müştəri bazasını genişləndirir.

Hər kursun davametmə müddəti modul sayına və sizin sürətinizə görə dəyişir. Adətən 2-6 saatlıq video material 4-12 həftəyə tamamlanır. Self-paced rejimdə öz tempinizdə öyrənirsiniz.

Bəli. Hər kursu uğurla bitirdikdən sonra rəsmi DevCommerce sertifikatı alırsınız. Bu sertifikat LinkedIn profilinizdə və CV-də göstərilə bilər.

Vebsayt üzərindən bank kartı (Visa, MasterCard) ilə onlayn ödəniş, yaxud bank köçürməsi vasitəsilə ödəniş edə bilərsiniz. Hissə-hissə ödəniş seçimi də mövcuddur.

Hər tələbə kursa qoşulduqda təcrübəli mentora təyin olunur. Suallarınızı WhatsApp və ya platforma daxili çat vasitəsilə birbaşa mentora göndərə bilərsiniz. Həftədə bir dəfə qrup zoom sessiyaları keçirilir.

Kurslarımız rəqəmsal məhsul olduğu üçün ödəniş tamamlandıqdan sonra geri qaytarma mümkün deyil. Buna görə qoşulmadan əvvəl kurs məzmunu, modul siyahısı və demo videoları diqqətlə nəzərdən keçirməyinizi tövsiyə edirik.

Bəli. Bütün kurslarımız 3 dildə (Azərbaycanca, İngiliscə, Rusca) eyni keyfiyyətdə təqdim olunur. Dünyanın istənilən yerindən qoşula bilərsiniz.